Rusiya Əmək və Sosial Müdafiə Nazirliyi əcnəbi işçi qüvvəsinin işə götürülməsinin yeni mexanizmini tətbiq etmək niyyətindədir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə RF ƏSMN rəhbəri Anton Kotyakov "Vedomosti" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, miqrantlar üçün mövcud iş patenti sisteminin müəyyən düzəlişlərə ehtiyacı var. A.Kotyakov hesab edir ki, əcnəbi işçi qüvvəsinin cəlb edilməsinin sivil modelini qurmaq lazımdır.
"Əmək Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə yeni sistemin qurulması variantlarını hazırlayır. Sərbəst hərəkət, ölkəyə sərbəst giriş və sonra uzun müddət qeyri-müəyyən işədüzəlmə şərtləri ilə işəgötürənin axtarılması... Bu, düzgün deyil.
Mövcud modeldə biznes üçün müəyyən risklər var. Problemlərdən biri də odur ki, işəgötürənlər miqrantların təlimi və tibbi müayinəsinə xərc çəkmələrinə baxmayaraq, işçinin razılaşmaları yerinə yetirəcəyinə və başqa yerə getməyəcəyinə dair zəmanət almırlar. Bu problem xüsusilə tikinti və emal sənayesi kimi sahələrdə kəskindir, miqrantlar buradan tez-tez xidmət sahəsinə keçirlər", - deyə Kotyakov vurğulayıb.
Problemin həlli kimi nazir işləyən miqrantın iş yerini tərk etdiyi təqdirdə ona xərclənən pulu qaytarmaq öhdəliyi qoymağı təklif edib.
Rəylər