Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması səbəbi ilə sentyabrın 26-da saat 06:00-dan 20:00-a qədər təmir işləri aparılacaq.
İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.
Rəylər