Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sabah Sumqayıtda 70 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq
Sabah Sumqayıtda 69 500 abonentin qaz təchizatı məhdudlaşdırılacaq.
Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qazın verilişin dayandırılmasına səbəb Sumqayıt şəhərinin Qurd dərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərinin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası ilə bağlıdır.
Həmçinin Saray körpüsü ətrafında yeni çəkilmiş PE250mm-lik (Şəhər-4) yeraltı polietilen ortatəzyiqli və Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində pilot layihəyə əsasən yeni çəkilmiş PE160mm-lik (Şəhər-1) yeraltı polietilen ortatəzyiqli qaz xətlərinin mənbəyə qoşulmasıdır.
Bununla əlaqədar olaraq, oktyabrın 2-də saat 09:30-dan işlər tamamlanana qədər, qaz xəttinə verilən təbii qaz təchizatının daxildən dayandırılması zamanı, uyğun olaraq Sumqayıt şəhəri Təzə, Köhnə Corat, Novruz qəsəbələri, Saray, Qurd dərəsi, Novxanı bağları, 11 (1 hissə), 12 (1 hissə), 13, 17, 18 (1 hissə), 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 51, 52, 53-cü məhəllələrdə yaşayan abonentlərin (36 min abonent) və Sumqayıt şəhəri 1, 2, 3, 4, 5, 7-8-12, 15, 16, 17, 18, 20, 21, 29, 30, 34, 36, 45-ci məhəllələr və 1, 2, 5, 6-ci mikrorayonlarda yaşayan abonentlərin (33 500 abonent) məhdudiyyətlərin yaranacaq.
Rəylər