Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-nin dövlət borcu rekord həddə çatdı
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçib.
Oxu.Az xəbər verir ki, müvafiq məlumatları ölkənin Maliyyə Nazirliyi dərc edib.
Son məlumata görə, borc məbləğinin böyük qismi (29 trilyon dollar) əhalinin payına düşür.
Beynəlxalq Valyuta Fondunun ekspertləri ABŞ dövlət borcunun artımını qlobal iqtisadiyyat üçün təhlükə adlandırırlar. Belə ki, 2032-ci ilə qədər ölkənin dövlət borcu ÜDM-in 140%-ni keçə bilər.
"ABŞ-nin dövlət borcu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər