Qubadlı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Tibb Universitetinin (ATU) Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, məşhur cərrah Baxış Hüseynov vəfat edib.
Oxu.Az xəbər verir ki, o, bu gün dünyasını dəyişib.
Xatırladaq ki, B.Hüseynov 1936-cı ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1953-1959-cü illərdə Bakıda Azərbaycan Tibb İnstitutunda (ATİ) təhsil alıb.
1962-ci ildən Moskva Tibb Stomatoloji İnstitutunun aspirantı olub, 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakıya dönüb.
Bir müddət ATİ-nin Üz-çənə cərrahiyyəsi kafedrasında assistent, 1969-cu ildə dosent vəzifələrində çalışıb. 1986-1996-cı illərdə Respublika Klinik Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsinə rəhbərlik edib.
B.Hüseynov 1992-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
Rəylər