Sabirabad sakininin meyiti su kanalından çıxarılıb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Məmişlər və Kürkəndi kəndi ərazisindən keçən su kanalında qeydə alınıb.
Belə ki, rayonun Məmişlər kənd sakini, 2007-ci il təvəllüdlü Elçin Eldəniz oğlu Quliyev beton su kanalında çimərkən boğulub.
Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Dalğıc-xilasedicilər tərəfindən axtarışlar nəticəsində E.Quliyevin meyiti batdığı yerdən beş kilometr aralıda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktkla bağlı araşdırma aparılır.
Sabirabad rayonu, Məmişlər kəndində bir nəfər kanalda batıb.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Hadisə barədə əlavə məlumat veriləcək.
Rəylər