Biləsuvar rayonu Nizami küçəsi, ev 128-də yaşayan Faiq Əsgərov ona təyin olunan sosial müavinətin kəsilməsindən şikayət edib.
Ailədə 4 nəfərin olduğunu deyən şikayətçi bildirib ki, 7 ay sosial yardım aldıqdan sonra ödəniş kəsilib.
Vətəndaş iddia edib ki, Dövlət Sosial Müdafiə Fondunun Salyan-Şirvan Regional İdarəsinin əməkdaşları onun mənzilini monitorinq edərkən qonağının avtomobilini onun nəqliyyat vasitəsi kimi rəsmiləşdirdiklərinə görə yardım kəsilib.
Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Biləsuvar rayon sakini Faiq Fərhad oğlu Əskərovun ünvanlı dövlət sosial yardımla bağlı elektron müraciətinə əsasən, ailəyə 2024-cü ilin yanvarın 1-dən 433 manat 18 qəpik yardım təyin edilib.
Mütəmadi keçirilən monitorinqlərdən biri kimi vətəndaşın yaşadığı ünvanda maddi-məişət şəraitinin təkrar müayinəsi aparılıb.
Monitorinq zamanı vətəndaşın VAZ-2106 markalı nəqliyyat vasitəsindən istifadə etdiyi aşkarlanıb. Bu səbəbdən də ailəyə təyin olunmuş ünvanlı dövlət sosial yardımın ödənişi dayandırılıb.
Daha ətraflı Baku TV-nin materialında:
Sakinin sosial yardımı niyə kəsildi? - DSMF-dən şikayət barədə AÇIQLAMA
Rəylər