Nərimanov rayonu İzəddin Həsənoğlu küçəsi 2 ünvanında yerləşən doqquzmərtəbəli binanın sakinləri liftin artıq yeddi gündür ümumiyyətlə işləmədiyini bildiriblər.
Onlar şikayət etdiklərini, lakin problemin həll olunmadığını qeyd ediblər.
Sakinlərdən birinin sözlərinə görə, valideyn iki körpə uşaqla günorta saatlarından axşam saat 10-dək liftdə qalıb:
"Onları Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları liftdən çətinliklə çıxarda bildilər".
"Buradan düşüb ölək? Liftin içi bərbad vəziyyətdədir", - deyə digər sakin bildirib.
Fövqəladə Hallar Nazirliyindən Baku TV-yə bildirilib ki, sözügedən lift istismar müddətini başa vurub.
Daha ətraflı süjetdə:
Sakinlər istismar müddətini başa vurmuş liftdən təngə gəliblər
Rəylər