Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Qənbər Teymur oğlu Yarıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.
"Report"un Aran bürosunun məlumatına görə, şəhidin nəşi Salyanda ailəsinə təhvil verilib.
Qənbər Yarıyev Salyan rayonu Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Qənbər Teymur oğlu Yarıyev 1966-cı il dekabrın 6-da anadan olub. O, 1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndində itkin düşüb. Q.Yarıyevin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkar edilib.
Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib
Rəylər