Şamaxı rayonunda intihar hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Şamaxı sakini, 1977-ci il təvəllüdlü Ramin Vaqif oğlu Dəmirov özünü kəndirlə asaraq intihar edib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər