Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şamaxıda avtomobil yolu ÇÖKÜB
Bu günlərdə Şamaxıda Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda çökmə baş verib.
AZƏRTAC xəbər verir ki, torpaq sürüşməsi nəticəsində yolun bəzi yerləri dağılıb, asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda il ərzində üçüncü dəfədir ki, torpaq sürüşməsi baş verir.
Yolun bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 4-5 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb.
Sis kəndinə gedən avtomobil yolu da sürüşməyə məruz qalıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş çətinləşib. Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.
Qeyd edək ki, sürüşmə baş verən ərazi rayon mərkəzindən 22 kilometr məsafədə yerləşir.
"Şamaxı" teqi üzrə xəbərlər
- Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu
- Şamaxıda iki qardaşın bıçaqlanmasının detalları məlum oldu
- Coy-Leroy Mikels: "Azərbaycana gəlməyimdə qardaşımın rolu oldu"
- Şamaxıda mikroavtobus minik avtomobili ilə toqquşdu: Xəsarət alanlar var
- Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb
Rəylər