Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiya ordusu Ukraynada görünməmiş sürətlə irəliləyir
"Rusiya qüvvələri Ukraynada sürətlə irəliləyirlər, 2024-cü ilin əvvəlindən bəri görünməmiş templə əraziləri ələ keçirirlər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bild"də nəşr olunan məqalədə vurğulanıb.
Bildirilir ki, təkcə ötən həftə Rusiya Silahlı Qüvvələri Ukraynanın 235 kvadrat kilometr torpağını nəzarətə götürüb. O da qeyd olunur ki, rusiyalı hərbçilər Ukraynanın cənubunda, Velika Novoselka qəsəbəsi rayonunda xüsusilə aktivdirlər.
Yeri gəlmişkən, "DeepState" layihəsinin məlumatlarına görə, ümumilikdə noyabrın əvvəlindən Rusiya ordusu Ukraynada təxminən 600 kvadrat kilometr ərazi tutublar. Bu, Ukraynanın oktyabr ayında ələ keçirilən ərazisindən 100 kvadrat kilometr çoxdur (490 kvadrat kilometr).
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Medvedev: "Kiyevə nüvə silahının verilməsi Rusiyaya hücuma bərabər tutulacaq"
- ABŞ-də Baydenin Ukraynaya nüvə silahı verməkdə əsl məqsədi açıqlandı
- Rusiya FTX rəhbəri: "NATO Xəzər dənizinə çıxmağa çalışır"
- "Oreşnik" raket sistemindən hücum Avropaya nə qədər zərər vura bilər? - Medvedev danışdı
- Rusiya Silahlı Qüvvələri "İskəndər"lə Dnepr aerodromunda "MiQ-29"u məhv edib
Rəylər