Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiya FTX rəhbəri: "NATO Xəzər dənizinə çıxmağa çalışır"
"ABŞ Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdə xaos yaratmaq, bununla da birlik ölkələrini ucuz xammal bazasına çevirmək istəyir".
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələri təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin XX iclasındakı çıxışında bildirib.
A.Bortnikov çıxışının davamında qeyd edib ki, Alyans Rusiya və Belarus sərhədlərində möhkəmlənir, sürətlə Arktika və Baltikyanı regionlara daxil olur.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunun sözlərinə görə, NATO Qara dənizdə döyüş imkanlarını genişləndirməyə və Xəzər dənizinə çıxmağa çalışır.
A.Bortnikov Ukrayna ilə bağlı məsələyə də toxunub. O vurğulayıb ki, Ukrayna ərazisi dünyanın hər yerindən muzdluların və terrorçuların toplantı yerinə çevrilib:
"Bu regionda qlobal "kölgə" silah bazarı yaradılıb, onun digər "qeyri-sabitlik zonaları"na transferi davamlı olaraq həyata keçirilir".
"Aleksandr Bortnikov" teqi üzrə xəbərlər
- Putin MDB kəşfiyyat xidmətlərinə müraciət etdi
- Rusiya FTX-nin direktorundan bəyanat: "Peycerlərin MDB ölkələrində də partladılması təhlükəsi var"
- Bortnikov: "NATO "sülhməramlı" adı altında öz kontingentini Cənubi Qafqazda yerləşdirməyə çalışır"
- Rusiya FTX "Crocus"da terror aktının hədəflərindən birini müəyyən edib
Rəylər