Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hikmət Hacıyev: "Politico" qaranlıq otaqda qara pişiyi orada olmadığını bilə-bilə axtarır"
"Təəssüf edirəm ki, "Politico"nun Avropa nəşri Azərbaycandan üzr istəmək və saxta xəbər məqaləsini geri götürmək əvəzinə, dezinformasiya yaymaqda və dünya ictimaiyyətini çaşdırmaqda davam edir".
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" səhifəsində yazıb.
Onun sözlərinə görə, "Politico" məqaləsində Azərbaycan mətbuatına istinadən yazır ki, rəsmi məlumatlarda "Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal edib".
"İstinad etdiyiniz fakt idxal deyil, svop əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu normaldır. Təəssüf edirəm ki, məqalədə svop ilə idxal arasındakı fərq göstərilmir".
Prezidentin köməkçisi Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Tim Makfinin "Aİ bazarlarını təmin edən Cənub Qaz Dəhlizi Azərbaycanın daha geniş təbii qaz sisteminə deyil, yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır" dediyini xatırladıb.
"Aİ rəsmisinin bəyanatı tamamilə dəqiqdir və biz bununla tam razıyıq. Beləliklə, Azərbaycan 2024-cü ildə Rusiyadan heç bir qaz idxal etməyib. Nöqtə! "Politico" qaranlıq otaqda qara pişiyi orada olmadığını bilə-bilə uğursuz şəkildə axtarır. Azərbaycanda belə bir atalar sözü var: "Yalançını evinə qədər qovarlar", - deyə H.Hacıyev sözlərini yekunlaşdırıb.
I regret that @POLITICOEurope instead of apologizing to Azerbaijan and retracting its fake news article, continues to spread disinformation to mislead the European and global public.
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 26, 2024
Meanwhile, in the article of Politico there is a reference to Azerbaijani media that official… pic.twitter.com/NOafVsKH8O
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Almaniyanın riyakarlığı, Qərbin reallığı dəyişmək cəhdləri, tarixə düşən COP29
- Prezidentin köməkçisi Almaniya XİN başçısının ittihamlarını qəbuledilməz adlandırıb
- Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
- Hikmət Hacıyev amerikalı parlamentariləri ermənipərəst mövqelərinə görə sərt tənqid etdi
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər