Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Netanyahunun həbsinə dair qərarda G7 ölkələrinin fikirləri haçalanıb
İtaliya G7 müttəfiqləri arasında kompromis əldə etməyə və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC - BCM) İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə dair orderin icrasını Yaxın Şərq münaqişəsi bitənə qədər dayandırmağa çalışır.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın "Il Messaggero" nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu məsələdə G7 ölkələrinin mövqeləri fərqlidir.
"Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımadığını elan etsə də, misal üçün, Böyük Britaniya BCM qarşısında götürdüyü öhdəlikləri rəhbər tutacağını bildirib", - mənbə yazır.
Qəzet xatırladır ki, İtaliya BCM-in qərarlarını dəstəkləyir, lakin hesab edir ki, qərar hüquqi cəhətdən əsaslandırılmalı və siyasi çalarlara malik olmamalıdır. Bu səbəbdən İtaliya Fələstinlə münaqişə sona çatana qədər əmrin icrasını dayandırmağa çalışır.
"İsrail" teqi üzrə xəbərlər
- İsrail Nazirlər Kabineti "Hizbullah"la atəşkəsə dair iclas keçirəcək
- İsrailin milli təhlükəsizlik naziri Netanyahunun atəşkəs planını sərt tənqid etdi
- BƏƏ-də ravvinin qətlində əli olan şəxslər həbs edildilər
- COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
- İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi
Rəylər