Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İsrailin milli təhlükəsizlik naziri Netanyahunun atəşkəs planını sərt tənqid etdi
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkənin Baş naziri Benyamin Netanyahunun "Hizbullah"la atəşkəs imzalamaq niyyətini ciddi səhv adlandırıb.
Oxu.Az xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri bunu özün "X" platformasındakı paylaşımında yazıb.
Ben-Qvir qeyd edib ki, indiki məqamda atəşkəsə razılaşmaq İranın dəstəklədiyi hərəkatın məhv edilməsi üçün yaranan tarixi fürsəti əldən vermək deməkdir.
O, B.Netanyahunu hazırda döyüş meydanında olan komandirləri dinləməyə və əməliyyatları dayandırmaq qərarından imtina etməyə çağırıb.
"Benyamin Netanyahu" teqi üzrə xəbərlər
- Kolumbiya Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə həbs edəcək
- Netanyahunun köməkçisinə ömürlük həbs təhlükəsi
- Britaniya Netanyahu və Qalantı həbs edə bilər
- İsrail rəsmisi Netanyahunun həbsinə order verilməsi ilə bağlı: "Müharibənin tərəfini tutdu"
- BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi
Ən çox oxunanlar
Rəylər