Hər bir avtomobil sahibi maşınını maksimum sərfəli satmaq istəyir. Lakin elə nasazlıqlar var ki, onların meydana çıxması ikinci əl bazarında avtomobilin dəyərini əhəmiyyətli dərəcədə azaldır.
Oxu.Az-ın verdiyi məlumata görə, carnews.ru-nun ekspertləri maşında hansı məsələlərə diqqət yetirməyin və satışa nə vaxt tələsməyin lazım olduğu barədə məsləhətlər veriblər.
Mütəxəssislərin sözlərinə görə, narahatlıq yaratmalı olan ilk şey transmissiya problemləridir. Əgər söhbət "mexanikadan" gedirsə, təmir o qədər də baha başa gəlməyəcək. Lakin variator və ya "robot" nasazlıqları çox baha başa gələ bilər.
İkinci həyəcan siqnalı - xüsusilə silindr bloku və ya porşen qrupuna aid olduqda mühərrik problemləridir.
"Blokun özü və ya porşen qrupu nasaz olduqda satışı sürətləndirmək lazımdır. Beləliklə, sürücü güc itkisi və ya işlənmiş qaz borusundan xarakterik tüstü müşahidə edərsə, avtomobili satmağın vaxtıdır", - deyə ekspertlər vurğulayıblar.
Avtomobilin korpusunun vəziyyətini də nəzərdən qaçırmaq olmaz.
"Pas ləkələrinin meydana çıxması - maşından ayrılmaq vaxtının çatdığının siqnalıdır. Korroziya ilə mübarizə aparmaqdansa, onu tez bir zamanda hər hansı bir qazancla yenidən satmaq daha məntiqlidir", - deyə ekspertlər izah ediblər.
Onların sözlərinə görə, daha bir vacib nüans - yastıqlar və təhlükəsizlik kəmərlərinin vəziyyətidir.
"Əgər avtomobil qəzaya düşübsə və təhlükəsizlik elementləri işə düşübsə, belə bir avtomobili satmaq daha yaxşıdır. Həmçinin kuzanın cüzi zədələnməsində də qüsur daha görünən olana qədər maşını tez satmaq üçün səbəbdir", - deyə nəşrdə vurğulanıb.
Ekspertlər bildiriblər ki, əgər ilk həyəcan "zəngləri" meydana çıxıbsa, uzatmamaq və maşını operativ şəkildə satışa çıxarmaq daha yaxşıdır. Bu, onun dəyərinin heç olmasa bir hissəsini qorumağa imkan verəcək.
Rəylər