Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında Şərur rayonunun Yuxarı Aralıq kəndində qeydə alınıb.
VAZ-2106 və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Nihat Razi oğlu Hüseynov ölüb.
VAZ-2106 markalı avtomobildə olan digər iki sərnişin - Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Səbuhi Niyaz oğlu Əsquliyev və Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Rza Elşən oğlu Əliyev xəsarət alıblar.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Rəylər