Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şirvanda 9 yaşlı uşaq qızdırmadan ölüb
Şirvanda azyaşlı qızdırmadan ölüb.
"Report"un Aran bürosunun məlumatına görə, şəhərin M.Rəsulzadə küçəsi, 7 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Əli Xəyyam oğlu Vəliyev Şirvan Şəhər Xəstəxanasında qızdırmadan ölüb.
İlkin məlumata görə, evdə müalicə olunan Ə.Vəliyevin bir həftəyə yaxın hərarəti aşağı düşməyib. Son anda xəstəxanaya gətirilərkən artıq gec olub.
Faktla bağlı araşdırma aparılır.
"Şirvan Şəhər Mərkəzi Xəstəxanası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər