Kür çayında batan şəxsin kimliyi məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1952-ci il təvəllüdlü Əli Məstan oğlu Piriyev Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində batıb.
Axtarışlar davam etdirilir.
Kür çayında batan şəxsin kimliyi məlum olub.
Kür çayının Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki,məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.