Siyəzəndə 45 yaşlı kişi intihar edib.
APA xəbər verir ki, Böyük Həmyə kənd sakini İftixar Mayılov ov tüfəngi ilə özünü vuraraq canına qəsd edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hazırda faktla bağlı araşdırma aparılır.