Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda sürücülərin Azadlıq prospekti və Məsud Davudoğlu küçələrinin kəsişməsində işıqforda qırmızı işıqda qalmamaları üçün bilməli olduqları qayda haqqında məlumat verilib.
Belə ki, sözügedən kəsişmədə işıqforda əsas işıq qırmızıdır, lakin sağa daimi olaraq yaşıl işıq yanır. Bu zaman sürücülər qırmızı işıqda qalmamaq üçün sağa manevr etməli və yarımdairəyə daxil olandan sonra yenidən hərəkətlərini Azadlıq prospekti istiqamətində davam etdirməlidirlər.
Azadlıq prospekti və Məsud Davudoğlu küçələrinin kəsişməsində olan sözügedən yarımdairə qaydaları bilən sürücülərin köməyinə gəlir, çünki burada hərəkətin təşkili prospektlə qeyd olunan istiqamətdə düzünə getmək istəyən sürücülərin qarşısına heç bir məhdudiyyət qoymur.
Ətraflı süjetdə:
"Yol hərəkəti qaydaları" teqi üzrə xəbərlər
- 10 ay ərzində piyadaların qaydaları pozması nəticəsində doqquz nəfər ölüb - RƏSMİ
- Yağışlı havada piyadaların üzərinə su sıçradan SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
- Narkotikin təsiri altında olan sürücü özünə xəsarət yetirməyə çalışdı - SAXLANILDI
- Qanunu bilməyən sürücülərin çaşbaş qaldıqları yol
- Avtoxuliqanlıq edib polisin əmrinə tabe olmayan şəxs həbs edildi
Rəylər