Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məhkəmənin müvafiq qərarı ilə Elşən Abdullayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs olunub.
Sosial şəbəkələrdə Dövlət Yol Polisi (DYP) əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən yayılan görüntülərə aydınlıq gətirilib.
Bildirilib ki, avqustun 7-də saat 17:30-da paytaxt ərazisində yol hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə VAZ-2107 avtomobilinin sürücüsünə DYP əməkdaşları tərəfindən "Saxla" işarəsi verilib. Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.
Görülən tədbirlərlə sürücü - 1995-ci il təvəllüdlü Elşən Teyfur oğlu Abdullayev Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.
E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Avtoxuliqanlıq edib polisin əmrinə tabe olmayan şəxs həbs edildi
Rəylər