Oktyabrın 28-də Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçaları uçaraq Bakı Kənar Dairəvi yoluna tökülüb.
Hadisə ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Oktyabrın 29-u səhər saatlarında fövqəladə hallar naziri Kəmaləddin Heydərov uçqun baş verən əraziyə gedərək görülən işlərlə yaxından tanış olub və müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, şəhərin giriş hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılmasa da, müəyyən məhdudiyyətlər tətbiq edilib ki, bu da ərazidə tıxacın yaranmasına səbəb olub.
"Təqribən yarım saatdan çoxdur ki, gözləyirəm. Artıq ikinci dəfədir belə hadisə baş verir. Bundan əvvəl də yolu bağlamışdılar", - deyə sürücülərdən biri bildirib.
Qeyd edək ki, hazırda FHN əməkdaşları uçqun baş verən ərazidə yamacın yuxarı hissəsində süxurların ləğvi istiqamətində işlərini davam etdirirlər.
Ətraflı Baku TV-nin süjetində:
Ötən gün axşam saatlarında Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi yaranıb.
Ötən gün axşam saatlarında Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Oxu.Az-a verilən məlumata görə, hazırda yolun 6-cı kilometrliyinin sol tərəfindəki yamacın yuxarı hissəsində qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edilib ki, bütün işlər AAYDA, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən koordinasiyalı şəkildə aparılır.
Həmçinin bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan işlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Ötən gün axşam saatlarında Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi yaranıb.
Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətləri birgə məlumat yayıblar.
Oxu.Az xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
"Bu çərçivədə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan tədbirlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Bununla əlaqədar sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur".
Ötən gün axşam saatlarında Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi yaranıb.
"Bakı Kənar Dairəvi Yolunun sol tərəfində, yamacın yuxarı hissəsində mövcud karnizşəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb".
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür.
"Hazırda müvafiq qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi istiqamətində tədbirlər görülür", - deyə Ə.Əliyev vurğulayıb.
"Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfində baş verən sürüşmə nəticəsində xəsarətlə nəticələnə biləcək hər hansı hadisə baş verməyib".
Bu açıqlamanı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq verib.
O qeyd edib ki, sözügedən ərazidə hazırda tam şəkildə təhlükəsizlik tədbirləri görülür.
"Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib", - deyə E.Hacıyev bildirib.
Qeyd edək ki, hadisə dünən saat 16 radələrində Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. Hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə uçub. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Əzizə İsmayılova