Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şuşada ilk seysmik stansiyanın fəaliyyətə başlayacağı tarix MƏLUM OLDU
"Şuşada ilk seysmik stansiya sentyabrda fəaliyyətə başlayacaq".
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında deyib.
O qeyd edib ki, ilk stansiya 100 metr dərinlikdə quyuda quraşdırılacaq:
"Bunun üçün artıq cihazlar göndərilib. Bu layihə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) dəstəyi ilə həyata keçiriləcək. İlk seysmik stansiya bu ilin sentyabrında fəaliyyətə başlayacaq. Hazırda texniki işlər qalıb".
Baş direktorun sözlərinə görə, bu işlər Naxçıvanda da aparılacaq: "Naxçıvana gedib-gəlməyin çətin olması səbəbindən tədqiqatlar apara bilmirdik. Hazırda orada 4 seysmik stansiya fəaliyyətdədir".
"Şuşa" teqi üzrə xəbərlər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- Nazir müavini: "Yeni milli parkın yaradılması nəzərdən keçirilir"
- Allahın xarabalıqlar içərisindəki evi: Qarabağın gözü "Ağa" şəhəri
- Qarabağın baş tacında fləş-mob: Uşaqlar Şuşanı "canlandırdılar"
- TDT-nin baş katibi: "Türk dövlətləri iqlim problemlərinin həllində maraqlıdırlar"
Rəylər