“Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan tiktoker polis idarəsinə dəvət olunub”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Dövlət Yol Polis İdarəsindən (BŞDYPİ) bildirib.
Qeyd edilib ki, sürücü Vüqar Zeynalzadə idarəyə dəvət edilib, onunla profilaktiki söhbətlər aparılıb:
“Eyni zamanda, tiktokerin barəsində qanunvericiliyə uyğun tədbir görülüb”.
13:56
Bakıda tiktoker yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı “Vaqa” adlı tiktoker öz sosial şəbəkə hesabında paylaşım edib.
O, canlı yayım açıb və “rəis, nömrəsiz maşın gəlir”, - deyərək yol hərəkəti qaydalarını pozan sürücünü təqib edib.
Nəticədə tiktoker özü də dəfələrlə kobud qayda pozuntularına yol verib.
Həmin görüntüləri təqdim edirik:
İlhamə Əbülfət