Tovuzda iki qardaş faciəli şəkildə vəfat edib.
Xezerxeber.az-ın məlumatına görə, rayona yas mərasiminə gələn qardaşların dəm qazından boğularaq öldükləri ehtimal edilir.
Qardaşlar Sumqayıt şəhərində yaşayıblar. Onlar rayonun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gəliblərmiş. 72 yaşlı Rafiq Bayramov və qardaşı 63 yaşlı Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Ancaq onlar dəm qazından boğularaq ölüblər.
Yaxınlarının verdikləri məlumata görə, onların ata evində yatdıqları otaqdakı qaz sobasının borusunda quşlar yuva qurubmuş. Yatmazdan əvvəl qızdırıcını yandırıb, yuxuya gediblər. Səhər isə onların cansız bədənlərini bacıları aşkarlayıb.
Hər iki qardaşın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Tovuzda iki qardaş faciəli şəkildə vəfat edib.
Tovuza yas məclisinə gedən iki qardaş dəm qazından zəhərlənərək ölüb.
Sumqayit24.az saytının məlumatına görə, Sumqayıt şəhərində yaşayan Rafiq Tapdıq oğlu Bayramov və Ramiz Tapdıq oğlu Bayramov qardaşları rayona qohumlarının yas mərasimi üçün gediblərmiş.
Həmin şəxslərin fotolarını təqdim edirik:
Tovuza qonaq gedən iki qardaş dəm qazından boğularaq ölüb.
Oxu.Az-ın məlumatına görə, Tovuz rayon Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il təvəllüdlü Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar.
Gecə hər iki şəxs dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Tovuzda iki qardaş faciəli şəkildə vəfat edib.
Samir İsayev
Rəylər