Bir sıra regionlarda müşahidə edilən yağışlı və küləkli hava şəraiti fəsadlarla nəticələnib.
Oxu.Az xəbər verir ki, güclü külək Tovuzun Alakol kəndində bir sıra problemlər yaradıb. Bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Güclü külək səbəbindən elektrik naqilləri qırılaraq, yola düşüb. Həmçinin elektrik dirəyi də aşıb. Nəticədə rayonun Alakol kəndində elektrik enerjisinin verilişi dayandırılıb.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəyə səbəb avtomobilin işıq dirəyinə çırpılması olub:
"Yol-nəqliyyat hadisəsi səbəbindən elektrik dirəyi aşdığı üçün təhlükəsizlik məqsədilə dərhal elektrik enerjisinin verilişi dayandırılıb. Heç bir təhlükəli vəziyyət yoxdur. Polislər tərəfindən əraziyə baxış keçirilib, hadisənin təfərrüatı araşdırılır. İşlər bitən kimi yeni dirək gətiriləcək və elektrik xətləri bərpa ediləcək".
Həmin videogörüntüləri təqdim edirik:
Bir sıra regionlarda müşahidə edilən yağışlı və küləkli hava şəraiti fəsadlarla nəticələnib.
Könül Cəfərli
Rəylər