Qaradağ rayon prokuroru Zəfər Əhmədov vəzifəsindən azad edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Zəfər Əhmədov iyul ayının 2-də sərəncama götürülüb.
Qeyd edək ki, Z.Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun oğludur.
Rəylər