Azərbaycan təmsilçisi Fidan Əlizadə Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, o, 57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün Azərbaycan cüdoçusu Hüseyn Allahyarov (60 kq) da qızıl medal qazanıb. Aydan Vəliyeva (52 kq) həlledici mərhələdə uduzaraq gümüş medalla kifayətlənib. Rüfət Şövlətov (73 kq) isə bürünc medal uğrunda qarşılaşmadan qalib ayrılıb.
Azərbaycan təmsilçisi Hüseyn Allahyarov Polşanın Pila şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatının qızıl medalını qazanıb.
Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan tatamı ustası finalda polşalı Yakub Krovskidən güclü olub.
Qeyd edək ki, Azərbaycanın qadın cüdoçularından Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (63 kq) də finala vəsiqə qazanıblar.
Rəylər