Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici jurnalistlər səfər ediblər.
"Report" xəbər verir ki, bu barədə Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.
O, xarici jurnalistlərin ölkəyə rəhbəri olduğu təşkilatın dəvəti ilə gəldiklərini bildirib:
"Xarici jurnalistləri ölkəmizə çağırmaqda məqsəd keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı prosesini, eyni zamanda, işğaldan azad edilmiş bölgələrdə "erməni izi"ni bir daha dünyaya çatdırmaqdır".
E.Eyvazlı söyləyib ki, onlar müxtəlif media qurumlarında çalışırlar:
"Qonaqlar Macarıstanın ən böyük media qurumlarından olan "Magyar Hirlap" qəzeti və eyniadlı saytın redaktoru Zsolt Sütö Nagy, Bolqarıstanın Dövlət Xəbər Agentliyi, "24 chasa" qəzeti, "Standart" qəzeti, BTV kanalının əməkdaşı Nahidə Deniz və Özbəkistan Jurnalistlər Birliyinin üzvü, "Yoshlar" telekanalının baş redaktoru Həmzə Jumayevdir. Xarici həmkarlarla Bakıda da bir sıra görüşlər keçiriləcək. Onlar sentyabrın 29-da ölkələrinə dönəcəklər".
Qeyd edək ki, xarici jurnalistlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Köçkünlüyə son: məskunlaşma prosesinin xarici mediada təbliği" layihəsi çərçivəsində Azərbaycana dəvət olunublar.
Rəylər