Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"
Dörd yaşlı İbrahim Abbasov ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Əfsanə Abbasova məlumat verib.
Bildirilib ki, övladının qarın boşluğunda bədxassəli şiş var və əməliyyatla götürülməlidir:
"Bunun üçün İbrahim əvvəlcə 6 kurs kimyaterapiya almalıdır. Onun 5-ni artıq qəbul edib. Bizə İbrahimin əməliyyatı üçün 30 min dollar lazım idi. Onun 16 350 dollarını toplasaq da, qalan məbləği - 13 650 (23 205 AZN) dolları yığa bilmirik. Xalqımdan xahiş edirəm, balamı ölümə tərk etməsinlər. Bizə bu ağır günlərimizdə dəstək olsunlar. İbrahimə ona dəstək olan şəxslərdən danışıram. Uşaq da olsa, hər şeyi başa düşür. Xəstəliyinə dəstək olanları eşitdikcə sevinir. Deyir ki, ana mən burada qalmaq istəmirəm, kömək etsinlər, sağalım".
Ailə ilə əlaqə: (055) 736-92-70.
Kapital Bank: 5239 1517 1343 5306.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 19 yaşlı gənc qız atası üçün yardım istəyir: "Onsuz qalmaq istəmirəm"
- Nadir xəstəlikdən əziyyət çəkən 11 aylıq körpə təcili əməliyyat olunmalıdır
- 16 yaşlı yeniyetmə təcili əməliyyat olunmalıdır: Anası yardım diləyir
- Xərçəngdən əziyyət çəkən 16 yaşlı Pınar təcili əməliyyat olmalıdır
- Ağır yanıq xəsarətləri alan körpənin dəstəyə ehtiyacı var
Rəylər