Bakının Xətai rayonunun Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsində illərdir ki, su problemi yaşanır.
Sakinlər deyirlər ki, ilin bütün fəsillərində su ilə bağlı problemləri olur. Lakin yay fəslində su bəzən günlərlə gəlmir. Onlar problemlə bağlı aidiyyəti quruma dəfələrlə müraciət ediblər. Lakin nə qurumdan aldıqları cavab onları qane edib, nə də qurumun fəaliyyəti.
Problemlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, Xətai rayonunun Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsində içməli suyun verilməsində hazırda problem yoxdur. Yalnız bəzi hallarda su aşağı təzyiqlə verilir.
Mövcud problemin səbəbi vaxtilə əhali tərəfindən pərakəndə üsulla çəkilən su xətləridir ki, bu da suyun yüksək təzyiqlə verilməsinə çətinlik yaradır. Hazırda Əhmədli qəsəbəsi üzrə içməli su şəbəkəsi mövcud olmayan ərazilərdə yeni layihələrin icrası həyata keçirilir. Layihələrin icrası abonentlərin içməli su ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək.
Ətraflı süjetdə:
Xətai rayonunda su problemi niyə həll olunmur?
Rəylər