Sabah Bakının Suraxanı və Sabirabad rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, görüləcək təmir və quraşdırma işləri ilə əlaqədar olaraq, 15.08.2024-cü il tarixdə saat 09:30-dan Sabirabad rayonunda və saat 10:00-dan etibarən isə paytaxtın Suraxanı rayonunda qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Sabirabad şəhəri daxil olmaqla, rayonun Qaralar, Məmişlər, Qəfərli, Əsədli və Kürkənd kəndlərinin, eləcə də paytaxtın Suraxanı rayonunun Hövsan bağlar yaşayış massivinin və Hövsan kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu gün Bakının Xəzər, Qaradağ və Yasamal rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, avqustun 14-də saat 09:00-dan "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərinin 21.5-ci km-də və saat 10:00-dan Yasamal rayonunun Rahim Məmmədov küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, saat 09:30-dan isə "Lökbatan" QPS-də sənaye qaz xətlərinin yeni quraşdırılmış kollektor üzərinə köçürülməsi, əhali qaz xətti üzərində klapanın quraşdırılması və modul ölçü qovşaqlarında təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Stansiya Qala və Mərdəkan yeni yaşayış massivləri), Yasamal rayonunun (R.Məmmədov, K.Kazımzadə, Ş.Mehdiyev, Ə.Ələkbərov küçələri, H.Cavid prospekti), Qaradağ rayonunun (Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış kompleksi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Rəylər