Oktyabrın 10-da Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləcəri ETSİ-nə (Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan bir sıra ərazilərdə yenidənqurma işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək Aşağı Sulutəpə, Çiçək qəsəbələrində, Ruslan Allahverdiyev küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bu gün Bakı şəhərinin Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Şüvəlan qəsəbəsinin bir hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 9-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Şüvəlan-Qala yolunun sol kənarında, Çöl Şüvəlan ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Rəylər