Gəndob-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, VAZ-21011 markalı avtomobil VAZ-21099 markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Xudat-Quba avtomobil yolunun 5-ci şöbə adlanan ərazisindən keçən hissəsində baş verən avtoqəzada VAZ-21011 markalı minik avtomobilinin sürücü 1998-ci il təvəllüdlü Orxan İslam oğlu Məmmədov və onun sərnişini 2001-ci il təvəllüdlü Nazir Ramin oğlu Tarverdiyev hadisə yerində ölüblər.
Yaralılar - Elməddin Etibar oğlu Məmmədov və Vilayət Vidadi oğlu İbrahimov isə ağır vəziyyətdə Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Rəylər