Yoluxucu xəstəliklər onlar üçün xarakterik olmayan ərazilərdə yayılmağa başlayır.
Oxu.Az-ın vesti.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) rəhbəri Anna Popova xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu, təbii, sosial və texnogen amillərin təsiri, həmçinin parazitar sistemlərə antropogen təsir nəticəsində baş verir.
"Bir çox yoluxucu xəstəliklərin epidemik prosesinin xarakteri və təzahürü aktiv şəkildə dəyişir", - deyə Popova vurğulayıb.
"Rospotrebnadzor" rəhbərinin sözlərinə görə, beynəlxalq fövqəladə vəziyyətin yaranmasının potensial təhdidlərindən biri taun ola bilər.
Qeyd edək ki, bu gün taun xəstəliyi halları Afrikanın, Asiyanın və Cənubi Amerikanın bəzi bölgələrində qeydə alınır. Lakin iqlim dəyişikliyi və digər amillər bu infeksiyanın yeni ərazilərə yayılmasına səbəb ola bilər.
Anna Popova ölkələri yoluxucu xəstəliklərin profilaktikası və monitorinqi sahələrində əməkdaşlığa çağırıb.
Rəylər