ADA Universitetində baş tutan mərasimdə dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Oxu.Az xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.
Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva və müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, eləcə də digər qonaqlar öz çıxışlarında dördüncü mövsümün qaliblərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Fərhad Hacıyev nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində "Yüksəliş" müsabiqəsinin təsis olunması ilə bağlı imzaladığı Sərəncamı xatırladaraq belə fürsətin və platformanın yaradılmasına görə cənab Prezidentə təşəkkürünü bildirib.
Çıxışlar zamanı qeyd olunub ki, müsabiqə çərçivəsində qazanılan təcrübə, bilik və əlaqələr, eləcə də 1 illik mentorluq proqramı qaliblərin peşəkar həyatlarına mühüm təsir göstərəcək.
Daha sonra isə Təşkilat Komitəsinin sədri, üzvləri və mərasimin xüsusi qonaqları builki qalibləri diplomla təltif edib, xatirə şəkli çəkdiriblər. Qeyd edək ki, qalibləri 1 il ərzində mentorlardan - dövlət qurumlarının rəhbərlərindən və iri şirkətlərin top-menecerlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 manat dəyərində pul mükafatı gözləyir.
Dördüncü mövsümün qaliblərinin adlarını təqdim edirik: 1. Teymur Azər oğlu Rəhimov 2. Orxan Müşfiq oğlu Şamilzadə 3. Təbriz Bilal oğlu Əmmayev 4. Sənan Sahid oğlu Mustafayev 5. Cəfər Yusif oğlu Nəcəfli 6. Qaraxan Bayraməli oğlu Şirinli 7. Kamal Həsən oğlu Hüseynli 8. Şəfəq İlham qızı Həsənəlizadə 9. Günel Elşad qızı Musayeva 10. Toğrul Namiq oğlu Yaqublu 11. Səbuhi Nizami oğlu Göyüşov 12. İsmayıl Sayəddin oğlu Hüseynov 13. Orxan Elman oğlu İsgəndərov 14. Salman Məhəmməd oğlu Babazadə 15. Nicat İlham oğlu Qocayev 16. Ayaz Məmmədrahim oğlu Məmmədov 17. Seymur Elşad oğlu Hüseynov 18. Aslan Yusif oğlu Həsənli 19. Anar Aslan oğlu Qasımov 20. Rüfət Cahangir oğlu Məmmədxanlı 21. Əkbər Rövşən oğlu Əsgərov 22. İnsafəli Cümeyir oğlu Səmədov 23. Eyyub İlqar oğlu Fətəliyev 24. Şahlar Elman oğlu Məmmədov 25. Elnur Fazil oğlu Abdullazadə.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla təsis olunub. Sayca dördüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq sərəncam imzalanıb.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər