Sentyabrın 9-da Apple çoxdan gözlənilən təqdimatı ilə istifadəçilərini sevindirdi!
2024-cü ildə iPhone 16 seriyası təqdim olundu. Onlar üçün öncədən sifariş sentyabrın 26-dan etibarən Azərbaycandakı rəsmi Apple tərəfdaşlarında mümkün olacaq.
Bu icmalda iPhone 16 seriyasının hər kəs üçün cəlbedici əsas xüsusiyyətləri haqqında danışacağıq.
Xatırladaq ki, Apple texnologiyasını yalnız Apple-ın rəsmi tərəfdaşlarından almaq lazımdır. Burada siz satışın ilk günlərində xüsusi sərfəli təkliflər əldə edə, cihaz seçimi zamanı düzgün məsləhət ala və rəsmi servis xidmətindən istifadə edə bilərsiniz.
iPhone 16 seriyası çoxdan gözlənilən iOS 18 ilə təchiz olunub. Gəlin, bu əməliyyat sisteminin əsas özəlliklərinə nəzər yetirək.
1. Əsas ekranın fərdiləşdirilməsi.
Simvolların rənglərini, onların yerləşdirilməsini və ölçüsünü dəyişə bilərsiniz. Sürətli giriş düymələrini də istədiyiniz şəkildə düzəldə bilərsiniz.
2. Şifrələrin tətbiqi.
Artıq müxtəlif şifrələrinizi yadda saxlamağa və ya qeyd etməyə ehtiyac yoxdur. İndi onların hamısı sizin telefonunuzda etibarlı şəkildə saxlanılır və lazım olduqda Apple cihazlarınızla təhlükəsiz sinxronizasiya olunur.
3. Tətbiqlərin Face ID ilə bloklanması və tətbiqləri gizlətmə imkanı.
Siz hansı tətbiqlərin Face ID ilə bloklanacağını, hansının isə əsas ekrandan gizlədiləcəyini özünüz seçə bilərsiniz.
4. Ağıllı kalkulyator.
Çətin tapşırıqları həll etmək daha da asanlaşıb, çünki indi bu vəzifəni iPhone kalkulyatoru asanlıqla yerinə yetirir.
5. Video çəkilişi zamanı pauza düyməsi.
Yeni iPhone kamerası pauza düyməsi ilə təchiz olunub, bu isə o deməkdir ki, tam video çəkərkən pauza düyməsinə basaraq kadrı dəyişib çəkilişi davam etdirə bilərsiniz!
Bəs iPhone 16 seriyasında başqa nə yenilik var?
iPhone 16 Pro dörd obyektivli əsl foto-studiya ilə təchiz olunub!
Gecə fotoları? İndi daha asan!
İndi həqiqətən də studiya səviyyəli çəkilişlər etmək mümkündür, hətta yavaş hərəkətli videoları 4K formatında çəkmək olar.
iPhone 16 seriyasının əsas xüsusiyyətlərindən biri kameranın idarəetmə düyməsidir, bu da çəkiliş prosesini daha da sadə və maraqlı edir.
"Pro" versiyada yeni korpus rəngi - "Desert Titanium" əlavə olunub, bununla yanaşı artıq bizə tanış olan "Black Titanium", "White Titanium" və "Natural Titanium" rəngləri də mövcuddur.
iPhone 16-nın əsas modellərində isə rənglər yenilənib - bu, parlaq "Ultramarine", "Teal", "Pink" və klassik "Black" və "White" rəngləridir.
iPhone 16 və iPhone 16 Plus yenilənmiş kamera modulu ilə fərqlənir. Qeyd etmək lazımdır ki, kameraların daha güclü olması ilə yanaşı korpusda iPhone 16 Pro-da olduğu kimi "Camera Control" düyməsi əlavə edilib.
Yeni iPhone 16 seriyasının satışına oktyabrın 4-də başlanması planlaşdırılır. Öncədən sifariş dövründə və satışın ilk günlərində isə oktyabrın 6-dək ayda cəmi 183 AZN ödəməklə yeni iPhone 16 Pro-nu 18 ay müddətinə faizsiz, hissəli ödənişlə əldə edə bilərsiniz. Eyni zamanda, iPhone 16 alarkən rəsmi Apple tərəfdaşları orijinal örtüklərə 50%-ə qədər qənaət təklif edirlər.
Apple bizə daha bir neçə yenilik də təqdim etdi. Yenilənmiş "AirPods" qulaqlığı və yeni Apple Watch modelləri.
· AirPods 4-cü nəsil iki versiyada təqdim olunub - kənar səs-küyün azaldılması ilə və kənar səs-küyün azaldılması özəlliyi olmadan.
· Artıq "USB-C" portu ilə təchiz edilmiş və yeni rənglərdə təqdim olunan AirPods Max.
· Ən yüksək versiya olan AirPods Pro artıq eşitmə səviyyəsini müəyyən etməyi və alınan nəticələrə əsasən səsin tənzimlənməsini bacarır.
Apple Watch 10-cu seriyası daha nazik korpus və Apple Watch Ultra-dan daha böyük ekranla təchiz olunub. İdmançılar üçün yeni funksiyalarla zənginləşdirilmiş Apple Watch Ultra-ya Apple istifadəçilərinin də biganə qalmayacağına əminik.
Yeni Apple Watch-lar üçün ön sifariş artıq mümkündür, rəsmi satış isə 27 sentyabrdan etibarən həyata keçiriləcək. Ön sifariş müddəti və satışın ilk günlərində 29 sentyabra qədər yeni AirPods və ya Apple Watch modellərini 100 AZN-dək qənaətlə əldə etmək mümkündür.
Ön sifariş Apple-in Azərbaycandakı rəsmi partnyorlarında mövcuddur:
"iSpace", "Kontakt Home", "Irshad", "Baku Electronics", "Bytelecom", "Soliton", "MyShops".
Rəylər