Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Abbas Əraqçı: "İran üçüncü ölkələr vasitəsilə ABŞ ilə əlaqə saxlayır"
İran ABŞ ilə üçüncü ölkələrin diplomatik kanalları vasitəsilə əlaqə saxlayır.
Oxu.Az-ın məlumatına görə, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçı "Al-Jazeera" telekanalına müsahibəsində bildirib.
"ABŞ ilə diplomatik kanallar digər ölkələr vasitəsilə açıqdır", - deyə o qeyd edib.
A.Əraqçı dəqiqləşdirib ki, Tehran və Vaşinqton fikir mübadiləsini birbaşa aparmırlar.
İran XİN rəhbəri həmçinin Tehranın müharibə və ya eskalasiya istəmidiyini, ancaq istənilən ssenariyə hazır olduğunu vurğulayıb.
"İsraillilər bizim iradəmizi sınaya bilərlər. Bizə hücum edilərsə, bunu diqqətlə araşdırıb müvafiq cavab verəcəyik", - deyə İran XİN başçısı vurğulayıb.
Nazirin sözlərinə görə, İsrail kütləvi müharibə axtarır və ölkələri bu müharibəyə sürükləmək istəyir.
Yeri gəlmişkən, nazir bu fikrini özünün "X" sosial şəbəkə hesabında da paylaşıb.
"İsrail rejimi bütün regionu fəlakətə aparır", - deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, Yaxın Şərq ölkələrinə hazırkı çətin vaxtları aşmaq üçün uzaqgörənlik, müdriklik və cəsarət lazımdır.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib
- İsrail İranın HƏMAS-a maliyyə yardımına və 7 oktyabr hücumlarına dəstəyinə aid sənədləri ələ keçirib
- Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı
- İran prezidenti: "Onların bizə hücuma cəsarət etməmələri üçün raketlərimiz var"
- Təbrizdəki ballistik raket bazası yaxınlığında hərbi texnikaların daşınması görüntüləri yayıldı
Rəylər