Almaniyada Bayden, Şolts, Makron və Starmer arasında görüş hazırlanır.
Oxu.Az xəbər verir ki, bu barədə "Spiegel" Berlinin hökumət dairələrindən daxil olan məlumata istinadən yazır.
Nəşrin məlumatına görə, ABŞ prezidenti oktyabrın 10-dan 12-dək ölkəyə səfər edəcək. Almaniya hökuməti Bayden ölkədə olarkən Fransa prezidenti Emmanul Makron və Böyük Britaniyanın baş naziri Kir Starmeri də dəvət etməyi planlaşdırır.
Rusiyalı politoloq Sergey Markovun fikrincə, "Dördlük" adlanan formatda keçiriləcək görüş, çox güman ki, ABŞ prezidentliyinə namizəd Kamala Harrisə dəstəyə həsr olunacaq.
Onun sözlərinə görə, görüşdə Rusiya ilə bağlı fundamental qərarlar verilə bilər.
"Ola bilsin ki, Qərb Rusiyaya barışıq təklif etsin. Bu seçkidən əvvəl baş tutacaq və Harrisin qələbəsini təmin edəcək.
Ehtimal ki, onlar Rusiyanın ultimatumunu qəbul edəcək, barışıq şərtləri ilə razılaşacaqlar. Yaxud Moskvaya raket zərbələri endirəcəklər.
Bir sözlə, danışıqlarda əsas məqamlardan biri Avropanın Harrisin xeyrinə seçki saxtakarlığına dəstək verməsi olacaq", - politoloq özünün "Telegram" kanalında yazıb.
Rəylər