ABŞ-nin Yuta ştatında ildırım vuran yeddi uşaq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə təxminən 50 uşaq gəzintidə olarkən baş verib. Gəzinti zamanı qəfil tufan qopub və şimşək azyaşlıların yaxınlığında yerə çırpılıb.
İnsident sonrası yeddi uşaqda sağlamlıq problemləri yaranıb, onlardan ikisi ciddi xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, uşaqların həyatı təhlükədə deyil. Zərərçəkənlərin yaşı dəqiqləşdirilməyib.
Mənbə: TASS
Rəylər