Prostat xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi barədə Ağ Ev və Konqresə məlumat vermədiyi üçün mübahisələrin mərkəzində olan ABŞ müdafiə naziri Lloyd Ostinin səhhəti barədə açıqlama verilib.
Volter Rid hərbi xəstəxanasının həkimləri Ostinin səhhətinin yaxşı olduğunu, sağalma prosesinin yaxşı getdiyini bildiriblər.
Həkimlər planlaşdırılan fiziki müalicə və prostatektomiyadan sonra mütəmadi müayinələrdən başqa hər hansı müalicəyə ehtiyac olmayacağını qeyd ediblər.
Mənbə: Haber Global
Rəylər