Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-nin ardınca Almaniya da Gürcüstanla münasibətlərini yenidən nəzərdən keçirməyə qərar verdi
ABŞ-nin ardınca Almaniya da Gürcüstanla münasibətlərini yenidən nəzərdən keçirməyə qərar verib.
Bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerin bəyanatından aydın olub.
Onun sözlərinə görə, ölkə artıq rəsmi Tbilisi qarşısında yeni maliyyə öhdəlikləri götürməyəcək.
"Həmçinin, Almaniya Silahlı Qüvvələri NATO-nun "Layiqli tərəfdaş" təlimlərində iştirakdan imtina edib. Keçən il Tbilisidə keçirilən və bu yay Berlində keçirilməsi planlaşdırılan böyük hüquq forumunu ləğv etdik. Növbəti addımları nəzərdən keçirəcəyik", - deyə o bildirib.
"Gürcüstan vətəndaşları Avropa İttifaqının onlara, uşaqlarına və nəvələrinə nə qədər vacib olduğunu düşünməlidirlər. Əgər bunu istəyirsinizsə, düzgün kursa qayıtmalı olacaqsınız", - deyə səfir əlavə edib.
Mənbə: "Sputnik" Gürcüstan
Rəylər