Yəmənin "Ənsar Allah" müqavimət hərəkatı (husilər) pilotsuz uçan aparatı (PUA) vasitəsilə ABŞ-nin İsraildəki konsulluğunun binasını hədəfə alıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, husilərə məxsus PUA-nın ABŞ-nin İsraildəki konsulluğunun yaxınlığındakı binaya düşməsi nəticəsində bir israilli ölüb, səkkiz nəfər yaralanıb.
Məlumatda həmçinin bildirilir ki, pilotsuz təyyarə 2 000 km-dən çox məsafə qət edib və aşkarlanmayıb.
İsrailin Təl-Əviv şəhərində, ABŞ konsulluğunun yanında güclü partlayış nəticəsində bir nəfər həlak olub, yeddi nəfər yaralanıb.
Oxu.Az "RİA Novosti"yə istinadən bildirir ki, Müdafiə Ordusu partlayışın səbəbi kimi "hava obyekti"nin düşməsini göstərib. Ancaq hava hücumundan müdafiə sistemi işə düşməyib.
Husilər Təl-Əvivdəki hadisəyə görə məsuliyyəti üzərlərinə götürüblər.
Rəylər