Suriyada Əş-Şəddad şəhəri yaxınlığında yerləşən ABŞ hərbi bazasının bilavasitə yaxınlığında bir sıra güclü partlayışlar baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Al Mayadeen" telekanalı regiondakı öz mənbələrinə istinadən xəbər yayıb.
İlkin ehtimallara görə, ABŞ silahlı qüvvələrinin bazası raket hücumuna məruz qalıb. Hadisə nəticəsində bu bölgədə yerləşən ABŞ bölmələri yüksək döyüş hazırlığı rejiminə keçirilib. Pentaqon baş verənlər barədə hələlik rəsmi şərh verməyib.
Bundan əlavə, Suriyanın Deyr əz-Zor vilayətində strateji əhəmiyyətli Konoko neft-qaz yatağı yaxınlığında yerləşən digər ABŞ bazasında hava həyəcanı siqnalları səslənib. Bu hadisənin də təfərrüatı hələlik məlum deyil.
Rəylər