"Türkiyəyə yeni "F-16"ların satışında irəliyə doğru böyük bir addım atılıb".
Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk bildirib.
"Bu gün Türkiyənin ən son nəsil "F-16 Block 70" döyüş təyyarələrinin alınması və mövcud "F-16" donanmasının modernləşdirilməsi istiqamətində mühüm addım atılıb. Bu, ABŞ-nin milli təhlükəsizliyi, Türkiyənin milli təhlükəsizliyi və NATO-nun qarşılıqlı fəaliyyəti üçün yaxşı addımdır", - deyə səfir vurğulayıb.
Türkiyə Müdafiə Nazirliyindəki mənbələr isə ABŞ-dən "F-16 Blok-70" və modernizasiya dəstləri və digər material, sursat və avadanlıqların satınalma prosesinin daha əvvəl elan edilən cədvələ uyğun olaraq davam etdiyini bildiriblər.
Mənbə: TRT Haber