Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Afrika ölkələrinin borcu inanılmaz məbləğə çatdı
Afrika dövlətlərinin ümumi suveren borcu bir trilyon dollara çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Afrika İqtisadi Komissiyasının (UNECA) icraçı katibi Klaver Qatete bildirib.
O əlavə edib ki, iqlim dəyişikliyi Afrikaya böyük təsir göstərir və bu, qitənin ÜDM-nin 5%-i qədər illik məcmu itkilərə səbəb olur.
BMT-nin məlumatına görə, Zimbabve, Qana və Efiopiya hazırda ən çətin maliyyə vəziyyətində olan ölkələr arasındadır.
Dövlət borcunun artması təkcə Afrika ilə məhdudlaşmır. IFF Qlobal Borc Monitorinqinin hesablamalarına görə, 2024-cü ilin birinci rübündə dünya ölkələrinin ümumi borcu 91.4 trilyon dollar təşkil edib.
"Afrika" teqi üzrə xəbərlər
- Dare Akogun: "Hazırda Afrika əhalisi gəlir qazana bilmir və ərzaq çatışmazlığı ilə üz-üzədir"
- Afrika ölkəsi xarici qızılaxtaranları qovur
- Kemi Seba: "Bakı müstəmləkəçilik probleminin qaldırıldığı mühüm beynəlxalq platformaya çevrilib"
- Afrikalı QHT sədri: "İqtisadi suverenlik Afrika xalqlarının ən ciddi problemlərindən biridir"
- Afrikalı jurnalist: "Fransa hökuməti bizimlə qul kimi rəftar edir"
Rəylər