ABŞ "Taliban"ı Əfqanıstanın qanuni hökuməti kimi tanımağı planlaşdırmır.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O, Rusiya rəhbərliyinin "Taliban"la bağlı bəyanatını şərh edib.
"Biz "Taliban"ı Əfqanıstanın rəsmi rəhbərliyi kimi tanıya bilmərik və tanımayacağıq", - deyə Ağ Evin sözçüsü deyib.
O bu hərəkatın hakimiyyətə gəldikdən sonra götürdükləri öhdəliklərin heç birini yerinə yetirmədiyini vurğulayıb.
Kirbi, həmçinin Rusiyanın "Taliban"ı mümkün tanımasının başqalarına pis siqnal göndərəcəyini deyib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Prezident Vladimir Putinə "Taliban" hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat veriblər. Bildirilib ki, bu, hərəkatın tanınması üçün məcburi mərhələdir.
Mənbə: TASS