Ağ Evə iyulun 31-dək məlumat verilməyib ki, 2001-ci il sentyabrın 11-də terror aktlarını təşkil etməkdə ittiham olunan üç müttəhim edam cəzasının ömürlük həbslə əvəzlənməsi müqabilində günahını etiraf etməyə razılaşıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Çərşənbə gününə qədər Ağ Ev razılaşmadan və ya ona aparan proseslərdən xəbərsiz idi. ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik komandasına məsələni müzakirə etmək üçün Müdafiə Nazirliyinin rəsmiləri və rəhbərliyi ilə əlaqə saxlamağa göstəriş verib. Bundan başqa hələ heç nə deyə bilmərəm", - deyə o bildirib.
Rəylər